O masada Putin də olacaq?
13 May 2025, 21:45
Qaynar xətt:
(+99450) 247 90 86SİYASƏT
918
16.01.2025, 13:29
Azərbaycan Respublikasında "Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiq edilib.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
2. Müəyyən edilsin ki:
2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.2. Konsepsiyada nəzərdə tutulmuş Rəqəmsal İnkişaf Operatorunun funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir;
2.3. ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, digər dövlət orqanları (qurumları) tərəfindən dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi üzrə layihələrin (büdcədənkənar dövlət fondlarının vəsaitləri hesabına həyata keçirilən layihələr istisna olmaqla) maliyyələşdirilməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəyi (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla) əsasında təmin edilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi ilə bağlı təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Konsepsiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin;
3.3. dövlət orqanları (qurumları) tərəfindən (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri, eləcə də Müşahidə Şurası Azərbaycan Respublikasının Prezidenti tərəfindən formalaşdırılan dövlət müəssisələri istisna olmaqla) bu Fərmanın 5.3-cü bəndində nəzərdə tutulmuş illik planın icrasına nəzarəti həyata keçirsin;
3.4. rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi meyarlarını beş ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
Həmçinin oxuyun
3.5. ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi qaydalarını, o cümlədən meyarlarını beş ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:
4.1. bu Fərmanın 5.2-ci bəndinə uyğun olaraq əldə etdiyi rüblük statistik məlumatların, fərdi məlumatların mühafizəsi ilə bağlı tələblər nəzərə alınmaqla, hər rübdən sonrakı ayın 20-dək Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etsin;
4.2. Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarında nəzərdə tutulan hallarda data əsaslı qərarların qəbul edilməsi və süni intellekt həllərinin tətbiqi istiqamətində aidiyyəti dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqədə tədbirlər görsün;
4.3. Konsepsiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən rəqəmsallaşdırmanın əlaqələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etsin.
5. Dövlət orqanlarına (qurumlarına) tapşırılsın, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:
5.1. Konsepsiyadan irəli gələn vəzifələrin icrası ilə bağlı görülən işlər barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məlumat təqdim etsinlər;
5.2. elektron xidmətlərdən istifadə ilə bağlı rüblük statistik məlumatların hər rübdən sonrakı ayın 10-dək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim olunmasını təmin etsinlər;
5.3. ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, digər dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi üzrə layihələrin icrasına dair illik planın hazırlanmasını, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəyi alınmaqla təsdiq olunmasını və yenilənməsini təmin etsinlər;
5.4. informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə son istifadəçi kompüterlərini Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən qurulmuş, mərkəzləşdirilmiş antivirus mühafizə vasitəsi ilə, habelə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təqdim olunan lisenziyalı əməliyyat sistemləri və ofis proqramları ilə təmin etsinlər.
22:20 / 13 May 2025
Ramaldan danışıb ağladı - VİDEO
10
22:08 / 13 May 2025
Bu şəxslərə mənzil veriləcək
23
21:57 / 13 May 2025
Yeni direktor təyin edilib
20
21:53 / 13 May 2025
“Putin danışıqlarda iştirak edərsə, Tramp da İstanbula gedəcək” - ABŞ-nin xüsusi elçisi
21
21:49 / 13 May 2025
Bakıda qorxulu anlar: Maşının içərisinə ilan girdi,görün nələr oldu - VİDEO
313
21:45 / 13 May 2025
O masada Putin də olacaq?
23
21:22 / 13 May 2025
Həmin şəxs işdən çıxarıldı
30
21:15 / 13 May 2025
Bakıda evlər ucuzlaşacaq? - Rəsmi AÇIQLAMA
46
21:10 / 13 May 2025
Azərbaycanda bu veriliş Ginnesin Rekordlar Kitabına düşdü
63
20:55 / 13 May 2025
Xərçəng riskini artıran 10 qida
43
20:33 / 13 May 2025
Seyidlər və onların nəslindən olan şəxslər İslamda hansı mövqeyə sahibdir?
56
20:23 / 13 May 2025
İmmuniteti gücləndirən möcüzə – Qırmızı kələmin FAYDALARI
48
20:20 / 13 May 2025
Jalə Həsənlinin adından pul qazanan “oğlan” ifşa edildi
50
20:17 / 13 May 2025
Tramp Suriya prezidenti ilə görüşəcək
39
20:12 / 13 May 2025
FHN: Bu ilin ilk rübündə yanğınlar zamanı 16 nəfər həlak olub
46
19:59 / 13 May 2025
Qətər prezidenti Boeing ABŞ-da narahatlıq yaradır
47
19:51 / 13 May 2025
Qanunsuz aborta görə cəza sərtləşdirilir
56
19:48 / 13 May 2025
Rusiya rəsmən açıqladı: Ukrayna ilə əlaqə var
56
19:42 / 13 May 2025
İki vəzifəyə təyinat oldu - FOTOLAR
442
19:32 / 13 May 2025
Yeni hərbi prokuror bu məmurun kürəkəni imiş
2000
19:19 / 13 May 2025
Sabirabadda bir ay əvvəl yanğında xəsarət alan 13 yaşlı qız ölüb
51
19:10 / 13 May 2025
Zakir Həsənov onunla görüşdü
51
19:10 / 13 May 2025
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Rusiyaya qarşı sanksiyaların mümkün sərtləşdirilməsinə münasibət bildirib
48
18:59 / 13 May 2025
ABŞ Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi məsələsini müzakirə edir
43
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.